XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 23:54

Azərbaycanda qeydiyyata götürülən diabet xəstələrinin sayı 2,5 dəfə artıb- Rəsmi hesabat

Üçüncü Dövlət Proqramının icrası müddətində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Qeyd edilib ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olmuşdusa, 2019-cu ildə ölkədə 267, 3 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 1717 nəfəri 18 yaşınadək olanlardır. 22.6 min nəfəri ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən asılıdır. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160.1 min ədəd qlukometr aparatı, 581 min qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları- şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin olunublar.