XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 22:24

Ötən il nikaha daxil olmaq istəyən 135 nəfərdə QİÇS aşkarlanıb

2019-cu il ərzində nikaha daxil olmaq istəyən 126 min insanın qan nümunəsi müayinə olunub. 

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 nəfərdə qazanılmış immun çatışmazlığı sindromu (QİÇS), 297 nəfərdə ifilis xəstəliyi aşkar edilib.

Müayinə olunanların arasında talassemiyalı 43 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materiallarının müayinəsi aparılıb, 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.