XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 13:29

Səhiyyə Nazirliyi:“Donuz qripi” ilə bağlı təhlükə artıq sovuşub

sehiyye-nazirliyi

Azərbaycanda virus infeksiyalarına yoluxma halları azalıb.

Azərbaycanda virus infeksiyalarına yoluxma hallarında azalma müşahidə edilir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, hətta günlədik alınan məlumatlar kəskin respirator virus infeksiyalarına yoluxmada azalma olduğunu göstərir. 

direktor müavini Afaq Əliyeva

Onun sözlərinə görə, “donuz qripi” ilə bağlı təhlükə də artıq sovuşub: 

“Ətraf, sərhəd ölkələrdən də A (H1N1) qripi barədə məlumatlar daxil olmur. Bu da azalmağa doğru gedir. Bizə sərhəd olan ölkələrdə də vəziyyət sabitləşir. Ölkədə bu virusa profilaktik tədbirlər əvvəlki qaydada davam edir. Aparılan laborator müayinələr əsasında “donuz qripi” aşkar edilməyib. Vəziyyət tam sabitdir. Hətta adi virus hesab edilən kəskin respirator virus infeksiyalar azalıb”.

Apa.az