XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 13:49

“Yalama” gömrük postunda qalmaqal –Komitə açıqlama yaydı

gomruk

Dövlət Gömük Komitəsi bəzi KIV-lərdə  Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Qarabağ əlilinin fiziki təzyiqə məruz qalması barədə yayılan məlumata münasibət bildirib.

Strateq.az Dövlət Gömük Komitəsinə istinadən bildirir ki, Azərbaycan Respublikası vətəndaşı Zakir Əliyev Azərbaycandan Rusiya Federasiyasına  apardığı pomidor yükünü gömrük orqanına nar və alma kimi bəyan edib və Rusiya tərəfi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yük saxlanılıb:

"Yoxlama zamanı gömrük orqanı əməkdaşları Zakir Əliyevə  yükün mal müşayiət sənədlərinin qaydasında olmadığını  irad tutaraq bəyannamənin  qanuna uyğun şəkildə tərtib  edilməsini tələb edib. Ancaq Zakir Əliyev bununla razılaşmayıb və əlilliyindən istifadə edərək  qanusuz hərəkətlərə yol verib və  asayişi pozmağa çalışıb. Lakin qanunsuz tələbinə nail ola bilmədikdə isə Zakir Əliyev qardaşı Ramin Əliyev və 2 nəfər yaxın qohumu ilə birlikdə etik qaydalara uyğun olmayan şəkildə  ”Yalama” gömrük postunun rəisi  Valid Nəsirovun  xidməti otağına daxil olaraq zorla tələblərini reallaşdırmağa cəhd göstərib.  Valid Nəsirov onlara qanunvericiliyin müddəalarını xatırladaraq yükün müşayiət sənədlərinin düzgün tərtib olunmasının vacibliyini  bir daha xatırladıb. Lakin gömrük postu rəisinin otağına qanunsuz şəkildə daxil olanlar bu dəfə də onu nalayiq ifadələrlə təhqir edib  və fiziki təzyiq göstərib”.  

Məlumatda o da qeyd ollunur ki, baş verən hadisə ilə əlaqədar  “Yalama” gömrük postunun rəhbərliyi aidiyyatı üzrə  polis şöbəsinə müraciət edib və faktla bağlı  hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.