XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2015 - 04:09

Çindən Avropaya ilk xəbərdarlıq

çinlilər: “Bizim arzumuz – Mavi sahillərdəki Nissadır”

çinlilər dünyanı növbəti dəfə heyrətləndirdilər: müəssisələrdən birinin sahibi – milyarder Li Cinyuan bütün işçilərinin Avropa səfərinin pulunu ödəyib. İlk baxışdan burada qəribə nə var ki? Qəribəlik bundadır ki, işçilərin sayı onlarla, hətta yüzlərlə də deyil: onlar cəmi 6400 nəfər idilər!

Həm də Avropanın kiçik şəhərciyi həcmində olan bütün bu heyət əvvəlcə Parisdə, sonra isə Nissada olub. Səyahətin son məsədinin seçimi əvvəlcədən müəyyən olunub: çin müəssisəsinin biznesi də məhz Fransanın güneyi ilə bağlıdır. Mavi sahillərə kütləvi səfər də elə müəssisənin bu bölgə ilə tərəfdaşlığının 20 illiyi şərəfinə təşkil olunub. Cinyuana məxsus konsern qarışıq növlüdür: biotexnologiyalar, mülkiyyət, turizm, təhsil və digər layihələrlə məşğul olur. Səfərin başlıca məqsədi əməkdaşların komanda əhvali-ruhiyyəsini möhkəmlətməkdir və bunun xatirinə sahibkar 33 milyon avroya heyfsilənməyib. Məsrəfləri izah etmək mümkündür, çünki əməkdaşlar üçün təkcə Parisdə tam 140 otel ehtiyatda saxlanmalı idi. Paytaxtdan Mavi sahillərə qədər TGV sürət qatarı ilə getmək lazım gəldi – həm də əlavə reyslər də təşkil etməli oldular. Monako və Kannda 4 və 5-ulduzlu otellərdə 4760 otaq tutulmuşdu. çinli qonaqların dəniz sahilinə daşınması üçün 146 avtobus lazım gəldi.

Səfərin zirvəsi “Tiens Group” əməkdaşlarının Ginnesin rekordlar kitabına düşən kütləvi aksiyası oldu. Turist qrupu mavi papaq qoyub İngiltərə sahili boyunca “dünyanın havadan görünən ən böyük yazısı”nı yaratdı. Onlar “Tiens’ Dream is Nice in The Côte d’Azur” yazısını yazıblar ki, sadələşdirilmiş tərcüməsi “Bizim arzumuz – Mavi sahillərdəki Nissadır” deməkdir. Lakin qonaqlar şəhərə təkcə bununla təşəkkür etməyiblər: onların qısa səfəri Nissanın büdcəsinə 20 milyon avro əlavə gəlir gətirib.

Burada nə demək olar – çin milyarderləri gen-bol yaşayırlar! Həm də təkcə özləri üçün yox. Və indiyə qədər ancaq bir sual məni rahatsız edir: “Tiens Group”-un bütün əməkdaşları Avropaya gedibsə, onda “bəs dükanda kim qalıb?”

Lakin əsas siqnal başqa şeydədir: çində Avropanın bütün cənnət guşələrini öz işçiləri ilə tutmağa qadir olan bu cür şirkətlər onlarladır. Li Cinyuanın nümunəsi yoluxucu çıxsa, heç bir rekordlar Kitabı kifayət etməz.

Sergey Poroşenko

“Русская Германия” saytı (Almaniya), 15.05.2015