XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 16:25

FHN koronavirusla mübarizə üçün çağırış edib –VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırır.

FHN bununla bağlı xüsusi video da hazırlayıb.

Videomaterialda qeyd edilir ki, ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir:

“Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”.