XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 00:07

“İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var”- Sahil Babayev

“Ailələrdəki işsiz olan övladların birdəfəlik ödəniş almaq üçün ayrıca müraciət etmək hüququ var”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir xatırladıb ki, ər və ya həyat yoldaşı əmək müqaviləsi üzrə işləyirsə, dövlət artıq onlara yardım edir: “Eyni ailəyə ikinci yardımın edilməsi hər halda düzgün olmazdı. Ancaq həmin ailənin övladlarına bu hal şamil edilmir. Çünki hər bir övlad ayrıca ailə hesab olunur.

Misal olaraq, 4 nəfərlik ailədə ata, ana və 18 yaşı keçən əmək qabiliyyətli iki övlad varsa, ata və ananın biri hər hansı yardım alırsa, o zaman digərinə vəsait ödənilmir. Amma övladların ayrıca müraciət etmək hüququ var”.