XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 17:56

Yoluxmadan qorunmaq üçün nəyə diqqət yetirilməlidir?

Müəyyən edilib ki, koronavirus təkcə hava-damcı yolu, məsələn, yaxınlıqdakı xəstə adamın öskürməsi vasitəsilə deyil, həm də insanın tez-tez müəyyən səthlərə toxunması, lakin əllərini tez-tez yumaması zamanı ötürülür.

Dəfələrlə belə bir xəbərdarlıq edilib: koronavirusun bütün növləri öz yoluxucu xüsusiyyətlərini itirmədən 5 gün qapı dəstəklərinin səthində qalır.

Kafe və restoranlarda xüsusilə diqqətli olmaq lazımdır. Axı hətta süfrə aksesuarlarının səthində virus ola bilər. Bu, eyni dərəcədə duzqabılara və istiotqabılara aiddir.

İnfeksiyanın ev heyvanları vasitəsilə ötürülməsi riski yüksək deyil, lakin bunu istisna etmək olmaz. Xəstəliyin əlamətləri heyvanlarda təzahür etmir, lakin əgər onlar yoluxubsa, virusu tənəffüs və hətta asqırma yolu ilə keçirə bilərlər. Bu günlərdə itinizi dördayaqlı dostlarının yanında nə qədər az gəzdirsəniz, bir o qədər az risk etmiş olarsınız.

Ərzaq mağazalarında da diqqətli olmaq lazımdır. İndi kim əmin ola bilər ki, qutulardakı meyvə-tərəvəzin üzərinə heç kim asqırıb-öskürməyib, axı alıcılar bu məhsulları özləri seçib paketə toplayırlar! Bundan əlavə, elmə məlum olan COVID tipli viruslar yüksək temperaturlardan qorxur, lakin aşağı temperaturlara qarşı yetərincə dayanıqlı olur. Belə viruslar mənfi 20 dərəcə temperaturda yoluxucu xassələrini iki ilə qədər itirmir. Odur ki, dondurulmuş məhsullar əsaslı termik emal olunmalıdır.

Bir sıra ölkələrdə hətta banknotlar və metal pullar dezinfeksiya edilir. İctimai nəqliyyatda və eskalatorlarda tutacaqlar, liftlərin və bankomatların düymələri mütəmadi silinir.

Nəhayət, ev rejimi (yəni sosial məsafə) və yüksək gigiyena bütün planetimizdə minlərlə həyatı məhv etmiş bu virusa yoluxma riskini xeyli azalda bilər(azərtac).