XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 14:25

Ötən il Azərbaycanda neçə iş yeri açılıb?- Statistika Komitəsi

statistika-komitesi-

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən (1.01.2014 – 1.01.2016) dövr ərzində respublikada ümumilikdə 243,2 min olmaqla, 196,2 min daimi iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ildə ölkədə 115,9 min yeni daimi iş yeri açılıb. Onların 66 faizi regionların payına düşüb. Bu dövrdə yaradılmış iş yerlərinin 75,5 faizi qeyri-dövlət sektorundadır.

Daimi iş yerlərinin 11,3 faizi yeni, 10,4 faizi mövcud, 0,6 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb. İş yerlərinin 77,7 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.