XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 21:24

ƏƏSMN:"190 manatlıq yardım üçün SMS göndərən 19600 şəxs sahibkarlıqla məşğul olur"

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib.

Strateq.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib:

“Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir. Hazırda müraciətlərin emalı davam edir”.