XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 00:04

ƏƏSMN:"Sosial dəstək proqramlarının əhatəsi genişləndiriləcək"

“190 manatlıq birdəfəlik ödənişin verilməsi ölkədə tətbiq edilən yeni proqramdır. Bununla yanaşı, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi də yeni təşəbbüsdür”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AzTV-nin “Hədəf” verilişində bildirib.

“Apreldən ölkədə 10 min ailə ünvanlı sosial yardım proqramına cəlb edilib. Sosial dəstək proqramlarının icrasını bundan sonra da təmin edəcəyik, üstəlik həmin proqramların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər hazırlamışıq, qısa müddət ərzində hökumətə təqdim edəcəyik”, – deyə o, qeyd edib/Report.