XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2016 - 10:17

Sosial Müdafiə Fondunun sədri vətəndaşları qəbul edəcək- Tarix, ünvan

Elman Mehdiyev

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Salyan rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 mart 2016-ci il tarixdə, saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Salyan rayon şöbəsində (02125) 5-50-61
Şirvan şəhərinin şöbəsində (02121) 5-10-22
Haciqabul rayon şöbəsində (02120) 4-41-31
Neftçala rayon şöbəsində (02126) 3-34-00
Biləsuvar rayon şöbəsində (02529)5-00-22

Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.