XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 21:02

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb- Nazirlik

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,17 faiz artaraq 21,914 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin mart ayında Türkiyədən Azərbaycana avtomobillərin tədarükü 2019-cu ilin mart ayına nisbətən 15,66 faiz azalaraq 4,939 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 6,98 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar-mart aylarında ölkənin ümumi ixracının 16,3 faizini təşkil edib.

Son 12 ayda (mart 2019 – mart 2020) Türkiyə 29,812 milyard dollar məbləğində avtomobil ixrac edib.