XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 21:33

İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı açıqlama:“Müxtəlif ehtimallar irəli sürmək olar"

Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib.

Məlumata görə, 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub. Hadisəyə səbəb kimi isə şəxsin külli miqdarda borcunun olduğu bildirilir.

Strateq.az xəbər verir ki, cinayətlə bağlı Modern.az-a danışan Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov intiharın səbəbinin hələ tam aydın olmadığını bildirib.

Onun sözlərinə görə, istintaq hadisəni dəqiq müəyyənləşdirməyə imkan verəcək: “İndi müxtəlif versiyalar irəli sürmək olar. Amma hazırda hüquq-mühafizə orqanları tərəfindən iş davam etdirilir və nəticələr bəlli deyil. Mərhum bizdə işçi, yaxşı yoldaş idi. Uzun illər bir yerdə çalışmışıq. Amma hansı səbəbdən dolayı bu hal baş verə bilər, onu deyə bilmərəm. Karantinlə əlaqədar olaraq işə gəlmirdi, ancaq ehtiyac yarananda, onu işə dəvət edirdik. Son zamanlar hər hansı qəribə hal, ya narahatlıq hiss etməmişdik. 2 övladı var, ailəlidir”.

Qeyd edək ki, ölən şəxs Qalib Naib oğlu Quliyev Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbədə məsləhətçisi vəzifəsində çalışıb.