XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2016 - 13:36

Nazir Hüseyn Bağırovun vətəndaşlarlagörüşünün vaxtı dəyişdi

 

huseyn bagirov

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində martın 11-də vətəndaşlarla nəzərdə tutulmuş görüşünün tarixi martın 16-na dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonları sakinlərinin şikayət və müraciətləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i (168), həmçinin 5 saylı ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) ilə əlaqə saxlamaları xahiş olunur.