XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 12:14

ƏƏSMN-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılır- Açıqlama

“Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə və şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir”.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.