XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 15:54

57 yaşlı polis rəisi 17 yaşlı qızla evləndi: Qalmaqallı toy baş tutdu- FOTOLAR

toy cecen.jpg

çeçenistanda dəfələrlə təxirə salınan və son günlərin ən səsli-küylü toyu, nəhayət, dünən baş tutub.

ANS PRESS-in məlumatına görə, Baytarki kəndinin sakini – 17 yaşlı Luiza Qoylabiyeva Nojay-Yurtovski rayonunun polis rəisi Najud Quçiqova ərə gedib.
Najud və Luizanın nikah mərasimi şənbə günü, saat 16:45-də Qroznı şəhərinin VVAQ şöbəsində baş tutub. Möhtəşəm toy mərasimi isə “Grand Hall Firdaws”da təşkil edilib.

toy cecen02.jpg

çeçenistan prezidenti Ramzan Kadırov Instagram səhifəsində hamını dəvət etdiyi toyda bəy və gəlinin yaxınları ilə yanaşı, ölkənin yüksək çinli məmurları da iştirak edib.
Kadırov Najud və Luizanın toyunu “Əsrin toyu” adlandırıb. Rəsmi məlumatlara görə, onların toyuna maraq göstərən KİV-nin sayı 1500-ü keçib. Hətta Avstraliya və Monakodan zəng vuranlar da var.
Bu gün toyun ən gözəl qızı ilə rəqs etməyi arzuladığını əvvəlcədən bəyan edən Kadırov toyda “Ləzginka” musiqisinin sədaları altında rəqs edib.

toy cecen03.jpg

ölkə prezidenti cütlüyün şəxsi həyatına müdaxilə edərək bu toyun baş tutmamasına çalışanlar məhkəmə qarşısında cavab verəcəklərini də vurğulayıb.
May ayının əvvəlində “Novaya qazeta” qəzetində məlumatlar getmişdi ki, 17 yaşlı Luizanı 57 yaşlı Najuda ərə getməyə məcbur edirlər. Yazılırdı ki, polis rəisi yeniyetmə qızı özünə ikinci arvad etmək istəyir və hətta gəlinin respublikadan çıxarılmaması üçün post patrul xidmətinin əməkdaşları onun yaşadığı evin qarşısında keşik çəkirlər. Bir müddətdən sonra Luiza Qoybalayeva və qohumları mətbuata açıqlama verərək bu toya qarşı olmadıqlarını bildirmişdilər. “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina isə həyati təhlükə gözlədiyindən çeçenistanı tərk etməyə məcbur qalmışdı.

toy cecen 04.jpg

toy cecen 05.jpg