XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2016 - 17:27

“Gördünüz, bir “köpək oğlu” sözünün üstündə nələr oldu?!” –İcra başçısının qadın müavinindən şok açıqlamalar

Əziz Əzizov

"İcra başçısı Əziz Əzizovun haqqında mənfi rəy yazan gənclərin başının qırxdırılması haqqında yazılanlar yalandır”.

Strateq.az xəbər verir ki, bu sözləri modern.az saytına açıqlamasında Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva deyib.

O qeyd edib ki, icra başçısı haqda bunu yazan jurnalistlər ola bilsin ki, fikirlərini məcazi mənada ifadə ediblər:

“Bizim İcra Hakimiyyətinə bir qadın əməkdaş var, o da mənəm. Belə yazıları oxuyuram, gülüb keçirəm. İcrada 43 kişi işçi var, onun da biri başçısıdır, qalanları digər işçilərdir. Mən orada 42 kişidən qorxuram, amma Əziz müəllimdən qorxmuram. O qədər hümanist adamdır, o, bütün günü işçilərinə pozitiv enerji verir. Bütün günü insanlar arasında olur, gənclərlə dostdur. Qeyri-Hökümət Təşkilatları gəlib bizim rayonda tədbirlər keçirirlər, çünki biz onlara dəstək veririk. Onlara oteldə yer veririk, yedizdiririk, içirdirik, əylənib, çıxıb gedirlər. Gənclərə yer verən adam haqqında belə şey yazrlar. Quldarlıq dövrü deyil ki…

Elə işlərə yol verən başçı işində qalar? Gördünüz neçə başçısını işdən çıxartdılar bir “köpək oğlu” sözünün üstündə? Bütün günü Əziz müəllimin yanında olmuşuq. Yəqin məcazı mənada yazıblar. Facebook azad şəbəkədir. Orada kim yazır heç ad bilinmir.Çoxunun adı düzgün deyil, öz adı ilə İnternetə girmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri özünəməxsus tərzdə cəzalandırır.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir. Daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, başına tük gəlsin.