XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 20:46

Yol polisinin fəaliyyətinə həsr olunmuş videoçarx hazırlanıb –VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimində xidmətini əks etdirən videoçarx hazırlanıb.

Videoda yol polislərinin 24 saat ərzində xidməti öz əksini tapıb.

Belə ki, karantin dövründə yol polisi tərəfindən yaradılmış postlarda xidmətin yüksək səviyyədə təşkili, vətəndaşlarla ünsiyyət xüsusi olaraq vurğulanıb.

Bildirilib ki, yol polisinin bu gərgin və çətin xidməti nəticəsində koronovirus pandemiyasının yayılmasının qarşısı alınıb.

Karantin qaydalarına əməl olunmasına ciddi nəzarətin olması, qaydaları pozanların cərimə olunması, eyni zamanda maarifləndirmə işlərinin aparılması öz nəticəsini verir.

Yol polisi bu xidməti ilə vətəndaşların da məmnunluğunu qazanıb.

Report