XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 11:11

Ötən il istehsalatda baş verən bədbəxt hadisələrdə 63 nəfər ölüb- HESABAT

Ötən il Azərbaycanda istehsalatla əlaqəli sayılan 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub.

İşəgötürənlər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməməsinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmamasına və istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) məlumatın verilməməsinə görə 59 halda hüquq pozuntusu aşkar edilib və DƏMX-in vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 133600 manat məbləğində cərimə tətbiq olunub.