XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 11:48

Dolu və daşqın azərbaycanlıların yaşadıqları kəndlərə ciddi ziyan vurub –Fermerlər hökumətdən kömək istəyiblər

Dolu və daşqın Gürcüstanın Kaxeti bölgəsinin 20 kəndinə ciddi ziyan vurub.

“Report”un yerli bürosu xəbər verir ki, həmin kəndlərdən biri azərbaycanlıların yaşadıqları Qabal kəndidir.

Təbii fəlakət nəticəsində yerli sakinlərin yetişdirdikləri məhsulların böyük əksəriyyəti məhv olub. Məhsullar sığortalanmadığına görə, Qabal sakinləri zərərin ödənilməsi üçün Gürcüstan hökumətindən kömək istəyirlər.

Kaxetinin qubernatoru İrakli Kadaqişvili isə bildirib ki, fermerlər məhsullarını mütləq sığortalamalıdırlar: “Qanunvericiliyə əsasən, yerli bələdiyyələr bu istiqamətdə maliyyə yardımı göstərə bilmirlər. Əgər siğortalama olsa, birillik əkin yerləri ilə bağlı fermerlərə zərərin 70%-i ödəniləcək”.