XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 16:24

TƏBİB kafe və restoranlarla bağlı yeni qaydalar hazırlayıb –DETALLAR

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB)  “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər əsasında qaydalar hazırlayıb.

TƏBİB-dən verilən məlumata görə, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

1. Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

2. Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

3. Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

4. Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalararası məsafələr 2 metrdən az olmamalıdır.