XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

28 May 2020 - 23:43

Bu ilin ilk üç ayında Azərbaycanda 12 127 cütlük nikaha daxil olub- Statistika Komitəsi

Bu ilin ilk üç ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12 min 127 nikah və 3 min 823 boşanma halları qeydə alınıb. Əhalinin hər min nəfərinə nikahların sayı 4,9, boşanmaların sayı isə 1,5 olub.

Bu barədə Azərtac-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, cari ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 482 nəfər gələn və ölkədən 316 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 166 nəfər təşkil edib.