XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

31 May 2020 - 15:23

“Metro eskalatorları dezinfeksiya qurğuları ilə təchiz oluna bilər” –Açıqlama

Bakı metropoliteni stansiyalarında və keçidlərdəki eskalatorlar xüsusi dezinfeksiya edici qurğularla təchiz oluna bilər.

Bunu “Sumaks” startap şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, dezinfeksiya işləri qurğuda istifadə olunan ultra bənövşəyi işıqlar vasitəsilə aparılır: “Eskalatorun daim hərəkətdə olan sürahiləri davamlı şəkildə bu qurğunun içindən keçərək dezinfeksiya olunacaq. İlkin olaraq bu qurğunun “ASAN xidmət” mərkəzlərində tətbiq olunacağı gözlənilir, daha sonra isə digər qurumlara təklif olunacaq”. /APA