XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

04 İyun 2020 - 20:59

Azərbaycanda vəfat edən şəxsin orqanlarını başqa xəstəyə köçürməyə icazə verilir –Yeni qanun

Azərbaycanda sağlığında meyitinin transplantasiya məqsədi ilə yazılı razılığını bildirən səxlərin ölümündən sonra meyiti, orqanları istifadə oluna biləcək.

Strateq.az “Report”a istinadla xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər.

Qanun layihəsində qeyd edilib ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.