XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 19:15

Bayram yarmarkalarındaQİYMƏTLƏR

yarmarka

Martın 12-dən 20-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.

Nazirlikdən verilən məlumata görə, yarmarkaya keyfiyyətli və çeşidli məhsul çıxarılması məqsədilə ölkənin bütün regionlarına müraciət edilib: "Əhali arasında yarmarkalara böyük tələbat var. Artıq səhər saatlarından başlayaraq çox sayda müştəri yarmarkalara müraciət edib".

Qurumdan bildiriblər ki, yarmarkalarda 1 kq mal ətinin qiyməti 5,5 manat, qoyun əti – 6 manat, quş əti – 2,3-2,8 manatdır. Yumurtanın 1 ədədinin qiyməti isə 0,10-0,11 manat arasında dəyişir.

Nazirlikdən onu da deyiblər ki, bayramla əlaqədar olaraq yarmarkalarda meyvələrin, quru meyvələrin, qərzəkli meyvə bitkilərinin həcminin artırılmasına xüsusi fikir verilir. Qiymətlərə gəlincə, ümumilikdə yarmarkalardakı qiymətlər bazarlardakı qiymətlərdən çox aşağıdır: "Qoz-fındıq – 4-5 manat, nar – 1,5-2 manat, pomidor, xiyar – 1,8 manat, təmizlənmiş qozun 1 kiloqramı – 7-9 manat, təmizlənmiş findıq – 9-10 manat, kartof – 0,5-0,8 manat, alma – 1-1,3 manat, sitrus meyvələri – 1,5-1,8 manat, kişmiş – 7-8 manat, ərik qurusu – 4-5 manatdır.