XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2020 - 17:55

20 minə yaxın tələbənin təhsil haqqını dövlət ödəyəcək –Təhsil Nazirliyindən aztəminatlı ailələrə daha bir mesaj

“Bu günədək sosial həssas tələbələr üçün elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər öz ərizələrini təsdiq edib”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, magistratura səviyyəsində təhsil alan 1061 nəfər ərizəsini təsdiq edib: “Peşə təhsili pilləsində təhsil alan 424 nəfər də portala müraciət edib. Yekun rəqəmlərdən danışmaq hələ tezdir. Hansısa məlumatları təqdim etməyənlər var. Bu, davamlı prosesdir. İyun ayı ərzində tələbələrə vaxt verəcəyik”.

Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova isə deyib ki, həssas qrupdan olan tələbələr sentyabr ayından başlayaraq dekabrın əvvəlinə kimi növbəti semestr üçün təhsil haqqı ilə bağlı sistem vasitəsilə yenidən müraciətlərini yerləşdirə bilərlər.

O bildirib ki, ödənişlərlə bağlı yenidən müraciət olunmalıdır: “Çünki dəyişiklik ola bilər. Məsələn hər hansı tələbənin valideyni iş tapa bilər və ya işləyən işdən çıxa bilər”.

APA