XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 23:32

Pandemiya dövründə gizli toy- Kiminsə xoşbəxtliyi başqasının sonu ola bilər

Koronavirus pandemiyası dövründə ən narahatverici məqamlardan biri də gizli toy və yas mərasimlərinin keçirilməsidir.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ən çox yoluxmalar, xüsusən də rayonlarda və kəndlərdə yas mərasimlərində olur və çox təəssüflər olsun ki, Operativ Qərargahın tövsiyələrinə əməl edilmir:

“Operativ Qərargah 9 nəfərdən çox adamın yas mərasimində iştirak etməsini tövsiyə etmir, amma bu gün baxırsan ki, onlarla, bəlkə də yüzlərlə insan gizli yas mərasimlərinə toplaşır. Onların da içərisində bir və ya iki adamın koronavirus xəstəsi olması kifayətdir ki, bütövlükdə bir məhəllə və ya kənd yoluxmuş olsun”.

Komitə sədri vurğulayıb ki, gizli toy mərasimlərinin də keçirilməsi yolverilməzdir: “İnsanlarımız gizli toy mərasimləri də keçirirlər. Olmaz, məsuliyyət hissi olmalıdır. Sonra kimlərsə xəstələnəcəksə, kimlərsə ağır vəziyyətə düşəcəksə, dünyasını dəyişəcəksə, onun da günahı toy sahibinin üstünə düşəcək.

Digər tərəfdən toy insanların arzuladığı bir məclisdir. Onu da qaçaraq, gizli şəkildə keçirmək yaxşı deyil. 2-3 ay gözləyə bilərik və sonra hər kəs öz toyunu keçirsin. Yəni bunu anlayışla qarşılamaq lazımdır. Və yaxud da ki, toyu təmtəraqla etməyin, sadəcə nikah bağlayın. Amma insanları toy şənliklərinə cəlb etmək onların həyatına qəsd etmək kimi bir şeydir.

Yəni toya gələnlərin içərisində koronavirus xəstəsi olmadığına heç kim zəmanət vermir. Bu, toyda olan bütün insanların həyatını ciddi şəkildə təhlükə altına atmış olur. Gərək insanlarımız bunu dərk etsin. İndi toy məqamı deyil, bu virusdan gündə neçə insan ölürsə, yüzlərlə insan xəstəxanaya düşürsə, hər halda bir milli mənəviyyat da olmalıdır. Kiminsə xoşbəxtliyi kiminsə həyatı bahasına başa gələ bilər”.