XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2020 - 21:55

“Bakı və digər rayonlarda tibbi xidmətlərlə bağlı hər hansı çatışmazlıq olmayacaq”- Ramin Bayramlı

“Təhlillər onu göstərir ki, icbari tibbi sığorta tətbiq olunmayan rayonlarda digər xəstələrlə bağlı çarpayıların doluluğu 30 faiz, Bakıda 40 faiz olub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanalarının pandemiya xəstəxanalarına çevrilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

R.Bayramlı deyib ki, bu rayonlardakı digər xəstələr 30-40 dəqiqə uzaqlıqda yerləşən digər xəstəxanalarda müalicə olunacaqlar: “Dializ və digər xəstələrlə bağlı fəaliyyətlər isə həmin xəstəxanalarda davam etdiriləcək. Bakı və digər rayonlarda tibbi xidmətlərlə bağlı hər hansı çatışmazlıq olmayacaq”.