XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 13:58

HÖKUMƏT BU BÖLGƏLƏRDƏ 190 MANATLIQ YARDIM SİSTEMİNİ BƏRPA ETDİ –QƏRAR + DETALLAR

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 2020-ci il 1 aprel tarixli 123 nömrəli, “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 7 aprel tarixli 127 nömrəli, “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” 2020-ci il 7 aprel tarixli 128 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 2020-ci il 7 aprel tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar verib.

Strateq.az xəbər verir ki, qərarda deyilir:

1.“Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 aprel tarixli 123 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1.1-ci hissədə “xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri “2020-ci il 1 iyul tarixinədək” sözləri ilə əvəz edilsin;

1.2.2-ci hissədə “xüsusi karantin rejimi müddətində” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 aprel tarixindən 2020-ci il 1 iyul tarixinədək olan müddətdə” sözləri ilə əvəz edilsin;

2. 1.3.3-cü hissədə “xüsusi karantin rejimi müddəti başa çatdıqdan sonra” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixindən sonra” sözləri ilə, “həmin ailələrin” sözləri isə “bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan ailələrin” sözləri ilə əvəz edilsin.

2.“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149 nömrəli Qərarı) 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin.

3.“Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 475) 1-ci hissəsində “xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək” sözləri ilə əvəz edilsin.

4.“Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 129 nömrəli Qərarının 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdirilsin.”.

5.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəAzərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

***

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib.

Strateq.az xəbər verir ki, qərarda deyilir:

Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.