XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2020 - 22:12

Ədliyyə Nazirliyi:"İmtahanlarda uğur qazanmış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədir"

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli proqram xarakterli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülüb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Fərmanın icrası çərçivəsində mühüm qanunvericilik paketləri qəbul edilib.

Qeyd edilib ki,  bu dövrdə dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə  əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilib.

Yeni qaydada – müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən və davamlı xarakter alan imtahanlarda uğur qazanmış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədirlər. Namizədlərin sənəd qəbulu elektron qaydada hazırda da aparılır.