XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 15:33

Təhsil haqları ilə bağlı yaradılan portala müraciət müddəti artırıldı –Açıqlama

İmkansız tələblərin təhsil haqlarının ödənilməsi ilə bağlı yaradılan e-telebe.edu.az portalına müraciət tarixi uzadılıb.

Strateq.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, portala müraciət iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, mayın 21-dən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib. Həmin qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər. Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır.