“Ev şəraitində nəzarəətdə olan şəxslərin statistikasını aparılmasına yeni başlanılıb”.
Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Amma COVID-19 xəsətliyindən əziyyət çəkmiş şəxslər evə buraxıldıqdan sonra yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və Bakıətrafında qeydiyyatda olan 2 minə yaxın şəxs polklinika nəzarətindədir”, – deyə o, bildirib/Report.