XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2020 - 21:53

Səhiyyə Nazirliyinin Aparat rəhbəri:“Təcili tibbi yardım xidmətinin təşkili TƏBİB-in səlahiyyətindədir”

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov APA-ya müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Bu gün Təcili Tibbi Yardım Xidmətinin təşkili ilə bağlı anlaşılmazlıq var. Təcili Tibbi Yardım Xidmətinin təşkilini Səhiyyə Nazirliyi, yoxsa TƏBİB həyata keçirir?

– Səhiyyə Nazirliyi Bakı və ətrafındakı qəsəbələrdə koronavirusa yoluxan xəstələrin ilkin səhiyyə xidməti və təcili yardımla bağlı metodik dəstək göstərir.

– Ancaq məsələnin tək metodik göstərişlə yekunlaşmadığı, pandemiya dövründə bu xidmətin təşkilinin də müvəqqəti Səhiyyə Nazirliyinə həvalə olunduğu bildirilir. Bununla da cəmiyyətdə çaşqınlıq yaranır…

– Burada çaşqınlıq olmamalıdır. Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr 418 saylı Fərmanını heç kəs ləğv etməyib. Tibb müəssisələri İcbari Tibbi Sığorta Agentliyinin tabeliyindədir. Həmin müəssisələrin fəaliyyəti ilə bağlı müəyyən dəstək, kömək lazımdırsa, hələ ki, Bakı və Bakıətrafı kəndlərdə İcbari Tibbi Sığortanın strukturu olan TƏBİB-lə əməkdaşlıq edirik. Əvvəllər də əməkdaşlıq edirdik, indi isə daha sıx əməkdaşlıq edirik. 

– Yəni Bakı və Bakıətrafı kəndlərdə təcili tibbi yardım xidmətini Səhiyyə Nazirliyi təşkil etmir, sadəcə, məsləhət verir?

– İlkin səhiyyə xidməti ambulator xidmətdir və bu, sırf koronaviruslu xəstələr və bununla əlaqədar şübhəli şəxslərlə əlaqədardır. Biz bu məsələdə dəstək veririk.

– Belə çıxır ki, təcili tibbi yardım xidmətinin təşkili yenə də TƏBİB-in səlahiyyətindədir?

– Bəli.