XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2016 - 20:05

Bakının 8 rayonunda təbii qaz təchizatındaməhdudiyyətlər olacaq

qaz

Bakı şəhərinin Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Nərimanov, Nəsimi, Suraxanı, həmçinin Astara və Siyəzən rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, diametri 159 millimetrlik orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 16-da 10.00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi qəsəbəsi və 7-8-ci mikrorayonlarında, Xəzər rayonunun Şağan, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun Ü.Hacıbəyli küçəsi, Nəsimi və Yasamal rayonlarında, Suraxanı rayonunun X.Ələkbərov, S.Əliyev, S.Bəhlulzadə küçələrində və Hövsan qəsəbəsində, Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacıbəyli, T.Əliyev küçələrində, eləcə də Astara və Siyəzən rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.