Karantin rejimində SOCAR-ın digər müəssisələri kimi Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi də fəaliyyətini Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimləyir.
COVID-19 infeksiyasına yoluxma hallarının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə keçirilən tibbi-profilaktik tədbirlər çərçivəsində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində dezinfeksiya işləri həyata keçirilir. İdarənin giriş və çıxışları, iş otaqları, dəhlizlər, konfrans və akt zalları, yeməkxana, həmçinin təlimmərkəzlərinin sinif otaqları və laboratoriyalar dezinfeksiya edilir.
İdarə əməkdaşlarının 25 faizi işə cəlb edilib. İşçilər əvvəlcə koronavirus testi verib və yalnız mənfi nəticə əldə edənlərin işə çıxmasına icazə verilib. Hər gün işə başlamazdan əvvəl işçilərin bədən hərarəti ölçülür, onlar tibbi maska ilə təmin olunurlar.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi artıq mart ayından fəaliyyətini xüsusi rejimdə davam etdirir.
Ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Tədris prosesində yaranmış fasilə dövründə tədris proqramının dinləyicilərə çatdırılması məqsədi ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn dərslər davam etdirilir.
Hazırda TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzində onlayn təlimlər keçirilməsi üçün sinif otaqları ayrılıb, otaqlar lazımi texniki avadanlıqlarla təchiz edilib: Dərslər “Skype for business” proqramı vasitəsilə internet üzərindən təşkil edilir. Sistemə qoşulan hər bir dinləyici onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır. Təlimlərin sonunda imtahanlar da distant yolla aparılır. İmtahandan uğurla keçənlər sertifikata layiq görülürlər.
SOCAR-da çalışan mühəndis-texniki işçilər üçün keçirilən təlimlər maarifləndirmə, təlimatlandırma və təkmilləşdirmə istiqamətlərində aparılır.
Təlimlərdən İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi” beynəlxalq standartı, İSO 31000 – Risklərin idarə edilməsi sistemi beynəlxalq standartı, AutoCAD proqramı, İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi” beynəlxalq standartı, Neft sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi, İlk tibbi yardım (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi), “Dənizdə qəza halları və təhlükəsizliyin əsasları ilə tanışlıq”, ISO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər standartı”, “Beynəlxalq nəqliyyat sistemləri və logistika” və s. misal göstərmək olar. Həmçinin, Bakı Ali Neft
Məktəbinin tələbələri üçün “Peşə etikası” təlimatlandırma kursu da təşkil olunub.
Aprel-iyun ayları ərzində 37 adda vebinar təşkil olunub, vebinarlara 5 mindən artıq dinləyici qatılıb. TTSİ tərəfindən keçirilən 32 adda onlayn təlimdə 350-dək dinləyici iştirak edib. Onlayn təlimlər davam etdirilir.