XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 12:41

Pensiyaçılar bayramqabağı pullarını ala bilərlər-DSMF

dsmf-loqo

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.

 Fondun İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

 2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 299 min 946 nəfərdir. Onların 60,1%-i yaşa görə, 28,8%-i əlilliyə görə, 11,1%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.