XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 16:45

Elman Mehdiyev şikayətləri dinlədi, tapşırıqlar verdi –FOTO

elman-fond-qebul

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün Salyan rayonundakı Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Strateq.az-a verilən məlumata görə, Elman Mehdiyevin qəbulunda iştirak edən Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və  Şirvan şəhərinin sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər.

Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

Dövlət Sosial Müdafiə Fondunun məsul əməkdaşlarının, o cümlədən Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və  Şirvan şəhərinin şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, Fondun sədri Elman Mehdiyev onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib və müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.