Bakının Yasamal rayonunda “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.
Bu barədə Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır: “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur”.