XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 14:59

Abid Şərifovdan ilk açıqlama: “Binanın sakinləri gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək”

abid serifov.jpg

“Yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinlərinin hamısı gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifovdeyib.

A. Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək.

Yanğın zamanı həyatını itirən şəxslərin dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağını bildirən A. Şərifov yanğın zamanı xəsarət almış şəxslərin müalicəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.