XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2020 - 20:23

“Azəriqaz” “104 Operativ Xidmət”inin imkanlarını genişləndirib –İşçi sayı artırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsi bu ilin 6 ayı ərzində 574 697 müraciət qəbul edib.

Bu, qurumun 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatında bildirilir.

Məlumata görə, müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb.

“104 Operativ Xidmət”in fəaliyyətini dəyərləndirmək üçün cari ilin iyun ayı ərzində sosial şəbəkədə aparılmış anket-sorğunun nəticəsinə əsasən respondentlərin müxtəlif suallar ətrafında xidmətdən razılığı 82-91% arasında dəyişib.

“Asan Kommunal”, “Asan xidmət” və “KOB Evi” mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb/Report.