XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2020 - 22:48

“Azercell” jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edib

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci il iyulun 22-də Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində “Əkinçi” qəzetinin nəşrinə başlayır. 

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyəti ilə ictimaiyyətin köməyinə gəlib. Dünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı yorulmadan çalışanlara, həqiqəti göstərmək üçün vuruşanlara, daim araşdıranlara, olanları çatdıranlara bu gün də ən böyük ehtiyac duyulur.

“Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim edib. İyulun 21-27-də 7000 “Mediacell” tarifi istifadəçiləri simvolik “1875” açar sözünü “5005” qısa nömrəsinə göndərməklə “Azercell”dən hədiyyə olaraq 5GB mobil internet əldə edə bilər. Qeyd edək ki, 5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür.

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/metbuat səhifəsindən tanış olmaq mümkündür.

Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif paketi təklif edən, ölkəmizdə jurnalistikanın inkişafına yönəlik bir sıra layihələr həyata keçirən “Azercell”, hər zaman bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. Vurğulamaq istərdik ki, indiyədək 450-dən çox jurnalist “Azercell”in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.

Bizi xəbərsiz qoymadığınız üçün təşəkkür edirik, dəyərli media əməkdaşları!

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.