XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2016 - 13:13

“Mənzillərin qiyməti niyə artmalıdır ki?” –Ekspertdən əmlak bazarında yaranan süni səs-küyə reaksiya

vuqarbayram-1

Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər tez-tez mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar verirlər. Hətta bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb.

Bəs, doğrudan belə hal ola bilərmi?

Strateq.az xəbər verir ki, bununla bağlı tanınmış iqtisadçı Vüqar Bayramov öz fikirini açıqlayıb.

O, belə məlumatların məqsədinin aydın olduğunu deyir:

"Qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaşdüşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq.

Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir".

İqtisadçınnın sözlərinə görə, qiymətdə Almaniyanın paytaxtı Berlinlə “rəqabət”ə girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan “köpüklər” yavaş-yavaş partlamaqdadır:

"Belə məlumatlar ilə yenidən əmlak bazarında belə “köpüklər” yaradıb, insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var? Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu? Banklar kredit faizlərini kəskin aşağı salıbmı? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu?

Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki?".