XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2020 - 12:26

“Vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub” –Agentlik

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı  vətəndaşlara yeni SMS-lər göndəriləcək: “Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”. /APA