XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2020 - 18:24

Azərbaycanın 12 rayon və şəhərində bələdiyyələrdə Gender Komissiyaları yaradılacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində üç mərhələli layihənin III mərhələsində respublikanın 12 rayon və şəhərində Bələdiyyələrdə pilot olaraq Gender Komissiyalarının yaradılması nəzərdə tutulur.

Bu barədə APA-ya Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, həmin komissiyalar yerlərdə gender bərabərliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görəcək:

“İlk növbədə bu, pilot layihə olacaq. Bununla bağlı təlimlər davamlı keçirilir. Bu, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birlikdə olacaq. İctimai əsasla yaradılan  komissiyalar  Bələdiyyələr çərçivəsində milli qanunvericiliyə əsasən yerlərdə qadın hüquqlarının müdafiəsi, gender balansının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə  sahəsində işlər, tədbirlər görəcəklər. Bunlar həm də maairfləndirici tədbirlər olacaq. Layihə cari il ərzində ediləcək və planlaşdırılır”.