XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyul 2020 - 14:52

Elman Rüstəmov:"İstehlakçıları aldadanlara qarşı konkret cəza olmalıdır"

Cinayət Məcəlləsinə maliyyə xidmətlərinin istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir.

Bu barədə Azərbaycamn Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.

“Bizdə Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətləindən sui-istifadə etmə və saxtakalrlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən də maliyyə xidmətlərinin istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz həm bank ictimaiyyəti , həm də aidiyyəti qurumlarla məsləhətləşmələr aparacağıq. Məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə çıxış etmək fikrimiz var. Əhalinin, biznesin mənafeləri, istənilən maliyyə xidməti istehlakçılarının maliyyə hüquqları tam – qanunvercilik və requlyativ nəzarət çərçivəsində qorunmalıdır”, – deyə o, bildirib.

Sədr qeyd edib ki, banklarda audit məsələlərinin gücləndirilməsinə diqqət ediləcək: “Bankların daxili nəzarət sistemlərini, daxili və xarici audit məsələlərini gücləndirmək istəyirik , çoxtərəfli yaxşı koordinasiya olunmuş nəzarət sistemi qoyulacaq. AMB-nin bu məsələlərə diqqəti artıb. Bundan sonra da bu məsələləri operativ izləyəcəyik. Maliyyə vəziyyətində problem olan banklarda bu, tez-tez baş verə bilər, xüsusi olaraq, risk qruplarını müəyyənləşdirəcəyik ki, bunlar kimlərdir?”.

APA