XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2020 - 12:38

Siyavuş Novruzov:"Naxçıvanın büdcəsi mütləq artırılmalıdır"

“Bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur”. 

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən Naxçıvana əlavə 1 milyon 300 min manat vəsaitin ayrılması nəzərdə tutulub: “Biz Naxçıvanı qorumalıyıq. Onun üçün əhalinin sosial müdafiəsi və ordumuzun təchizatı yüksək olmalıdır. Yenə də deyirəm, bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur. Maliyyə Nazirliyi bu məsələyə baxsın. Naxçıvanın büdcəsi mütləq artırılmalıdır. Biz bu məsələyə həssas yanaşmalıyıq”.

Report