XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 06:42

Bakıda iki avtobus marşrutu ləğv olundu: 193, 211
avtobus.jpg
Bakıdakı bəzi marşrut xətləri ləğv olunub.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov “APA-Economics”ə bildirib ki, 193 və 211 saylı marşrut xətləri bağlanıb. “Həmin avtobuslar yönəldilib 205 və 207 saylı marşrutlara və həmin xətlərdə istifadə olunacaq”, – deyə N. Həsənov bildirib.
Nazirliyin rəsmisi əlavə edib ki, 47, 93, 108 və 134 saylı marşrutlar üzrə hərəkət edən avtobusların son dayanacağı “Azadlıq” metro stansiyasından “Dərnəgül” metro stansiyasına doğru dəyişdirilib.