XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 17:10

Rabitə Nazirliyindənyay vaxtının ləğvi ilə bağlı tövsiyələr

rabite-2

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, ölkə ərazisində yay vaxtına keçid ləğv olunub və 27 mart 2016-cı il saat 04:00-da saatların bir saat irəli alınması həyata keçirilməyəcək.

Məlum olduğu kimi, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarındayay və qış vaxtlarına keçid avtomatik baş verə bilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən operator (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilib.

Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (Microsoft və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.

Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün aşağıdakı linkdən yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur: http://cache.gmane.org//gmane/comp/time/tz/10687-001.bin

Fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının "tarix və vaxt" menyusundan “avtomatik” rejiminin deaktiv edilməsi tövsiyə olunur.