XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2020 - 13:55

Əli Əsədov 48 dövlət qurumunun rəhbərlərinə məktub göndərib –İşçilərin işə cəlb edilməsi ilə bağlı

Nazirlər Kabineti 48 dövlət orqanına məktub göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş Nazir Əli Əsədovun avqustun 10-da imzaladığı məktubda 3 əsas məqam nəzərdə tutulub: “Məktubda nəzərdə tutulan dövlət orqanlarında işə cəlb ediləcək işçilərin sayının 20-30 %-dən ən çoxu 50%-ə qaldırılması ilə bağlı tapşırıq verilib:

“Xatırladaq ki, həmin dövlət orqanlarında indiyə qədər işçilərin 20 və 30 %-i işə cəlb edilirdi. Bu sayın dərəcəsi artıq 50%-ə qədər yüksəldilib.

Məktubda qeyd edilən ikinci məqama əsasən, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməməsi tapşırığı verilib.

Üçüncüsü isə dövlət orqanlarında əməkdaşların həftələr üzrə qrafik müəyyən edilməklə, növbəlilik qaydasında işə cəlb edilməsi tapşırılıb”.